Bu üsulla varlandı


Digərləri 28 İyn 2022 17:52:00 141 0

Bu üsulla varlandı

ABŞ-ın Cənubi Karolina ştatının sakini lotereyada qalib olmaq üçün televiziya verilişlərinin birində gördüyü yoldan istifadə etmək qərarına gəlib və cekpotu udaraq varlanıb.

Son.az bildirir ki, bu barədə Fox 29 məlumat yayıb.

Kişi lotereya ilə eksperiment etmək fikrini lotereya qaliblərinin həyat tərzinin və görünüşünün necə dəyişdiyindən bəhs edən televiziya verilişinə baxarkən ağlına gətirib. Amerikalı televiziyada təklif olunan üsulu yoxlamaq qərarına gəlib.

Şou iştirakçıları üç ay ərzində lotereya biletləri almaq üçün həftədə 25 dollar xərcləməyi məsləhət görüblər. Amerikalı tövsiyədən istifadə edərək ilk həftədə 500 dollar qazandı, yeddinci həftədə cekpotu udaraq 100.000 dollar qazandı.