İntihardan sonra həkimin qardaşları ərini döyüb Yeni məlumat


Digərləri 28 İyn 2022 17:22:00 115 0

İntihardan sonra həkimin qardaşları ərini döyüb  Yeni məlumat

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

Son.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. 

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş. 

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb. 

Həkim bu gün dəfn olunub.