Kapital Bank əməkdaşları bayramı Şuşada qeyd etdi!


Digərləri 28 İyn 2022 14:14:00 134 0

Kapital Bank əməkdaşları bayramı Şuşada qeyd etdi!

26 iyun - Silahlı Qüvvələr Günü Kapital Bank-ın 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları üçün bank tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər təşkil edildi. Səfərin məqsədi bayramı günü-gündən dirçələn, Qarabağın tacı olan Şuşada qeyd etmək, igidlərimizin qanı və canı bahasına azad edilən yerləri canlı görmək idi.

Səfərdə birinci və ikinci Qarabağ müharibəsində iştirak edən bank əməkdaşları və qazilər, müharibə zamanı orduya dəstək göstərən Qırmızı Ürəklər fondunun rəhbərliyi və arxa cəbhə qəhrəmanlarıda vardır. Azad edilən torpaqların bərpa edilməsi, aparılan işlərin sürətli olması, bir sıra beynəlxalq tədbirlərin Şuşada təşkil edilməsi və 30 illik həsrətə son qoyulması hamı kimi Kapital Bank əməkdaşlarında da qürur, sevinc və fərəh hissləri oyadırdı.

120-yə yaxın əməkdaşın qatıldığı səfər zamanı Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət edildi.