"İsveç və Finlandiya NATOya üzv olmaq istəyirlərsə..."


Dünya 28 İyn 2022 13:22:00 158 0

"İsveç və Finlandiya NATOya üzv olmaq istəyirlərsə..."

İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün İspaniyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"İsveçin baş naziri, Finlandiya prezidenti və NATO baş katibinin iştirakı ilə dördtərəfli görüş keçirəcəyik. NATO-ya üzvlük müxtəlif öhdəlikləri də özü ilə gətirir. Bunun əksi düşünülə bilməz", - deyə o bildirib.

Türkiyə prezidenti NATO sammitində Ukraynadakı vəziyyətin də gündəmdə olacağını bildirib. R.T.Ərdoğan, həmçinin ABŞ prezidenti Co Baydenlə görüşə biləcəyini deyib.