Bakıda bazardan külli miqdarda gilas oğurlandı


Digərləri 28 İyn 2022 11:00:00 257 0

Bakıda bazardan külli miqdarda gilas oğurlandı

Bakıda bazardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram albalının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində gilas oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.