Qadın altı aylıq körpəsini ağladığı üçün öldürüb


Dünya 28 İyn 2022 12:15:00 137 0

Qadın altı aylıq körpəsini ağladığı üçün öldürüb

Rusiyada Novosibirsk vilayətinin sakini altı aylıq körpəsini ağladığı üçün öldürməkdə ittiham olunur.

Son.az bildirir ki, bu barədə regional İstintaq Komitəsinin saytında məlumat verilib.

İdarənin məlumatına görə, hadisə iyunun 17-də Barabinsk şəhərində baş verib. Rus qadın körpəni sakitləşdirə bilməyib və bu səbəbdən onu zərblə divana atıb. Nəticədə uşaq aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Departament qeyd edir ki, qadın öz günahını tamamilə etiraf edib. İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə iş açıb.