ABŞın Polşadakı hərbi kontingenti ilə bağlı


Dünya 28 İyn 2022 08:43:00 118 0

ABŞın Polşadakı hərbi kontingenti ilə bağlı

ABŞ prezidenti Co Bayden bu həftə Avropaya səfəri zamanı 2022-ci ilin əvvəlində Polşaya göndərilən qüvvələrinin bir hissəsinin yerləşmə müddətinin uzadılacağını açıqlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ lideri, eləcə də qüvvələrin Baltikyanı ölkələrdə yerləşdirilməsi ilə bağlı dəyişiklikləri anons edəcək.

ABŞ administrasiyasındakı mənbələrin verdiyi məlumata görə, söhbət fevral ayında Polşaya göndərilən 2000 ABŞ hərbçisinin bir hissəsinin uzun müddətə və ola bilsin ki, daimi əsaslarla orada qalmasından gedir.

Baltikyanı ölkələrdəki kontingentin aqibətinə gəldikdə isə, telekanal bu barədə hər hansı açıqlama vermir.