Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub


Dünya 27 İyn 2022 23:50:44 161 0

Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub

Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Bildirilib ki, aparılan intensiv işlər nəticəsində Msxeta-Stepantsminda-Lars magistral yolununun 136 kilometrində avtomobillərin hərəkəti bərpa edilib. Qurumun məlumatında qeyd edilib ki, hazırkı mərhələdə nəqliyyat vasitələri müvəqqəti yoldan istifadə edə bilər. Paralel olaraq yolda əsaslı təmir işləri aparılacaq.