29 yaşlı kişi avtoyumada cərəyanvurmadan ölüb


Digərləri 27 İyn 2022 22:28:00 160 0

29 yaşlı kişi avtoyumada cərəyanvurmadan ölüb

Qazaxda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı kişi xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.