Azərbaycanda idman müəllimi başqasını xilas edərkən dənizdə boğuldu


Digərləri 27 İyn 2022 22:43:00 139 0

Azərbaycanda idman müəllimi başqasını xilas edərkən dənizdə boğuldu

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.

36 yaşlı Quliyev Anar Samir oğlu bir nəfəri dənizdə boğulmaqdan xilas edib. Başqasını xilas edərkən özü dənizdə boğularaq ölüb.

A.Quliyev Bakıdakı məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərirmiş.