Məşhur milyarder öldü


Dünya 27 İyn 2022 22:58:00 179 0

Məşhur milyarder öldü

Dünyanın 54-cü varlı adamı Leonardo Del Vekkio vəfat edib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Məlumata görə, "Rey-Ban" dəbdəbəli eynək şirkətinin sahibi olan Del Vekkio 87 yaşında Milandakı San Raffael xəstəxanasında keçinib.

"Forbes" jurnalı Del Vekkionun şəxsi sərvətinin 25 milyard avro dəyərində olduğunu bildirib. O, bu sərvətlə İtaliyanın 2-ci, dünyanın isə 54-cü ən varlı adamı idi.