Maqdalena Andersson Ərdoğanla telefon söhbətindən danışdı


Dünya 27 İyn 2022 22:01:00 154 0

Maqdalena Andersson Ərdoğanla telefon söhbətindən danışdı

Bu gün Brüsseldə Türkiyə, Finlandiya və İsveç rəsmiləri arasında müzakirələrin növbəti raundu keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, ötən şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı yaxşı və konstruktiv olub.

"Bu gün səhər Brüsseldə Türkiyə, İsveç və Finlandiya rəsmiləri arasında müzakirələrin növbəti raundu baş tutdu. Mən ümid edirəm ki, müzakirələr yaxın gələcəkdə uğurla nəticələnəcək. Bu bizim üzvlük prosesinin tez zamanda başlamasına yola açacaq. İsveç və Finlandiya Türkiyə də daxil olmaqla bütövlükdə NATO-nun təhlükəsizliyinə töhfə verəcək", - o vurğulayıb.

İsveçin Baş naziri bildirib ki, onun ölkəsinin təhlükəsizlik orqanları Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı müracətini diqqətlə nəzərdən keçirir və ekstradisiyalarla bağlı Avropa Konvensiyasına uyğun olaraq qərar veriləcək.