Bakıda gənc oğlan intihar edib


Digərləri 27 İyn 2022 22:17:00 149 0

Bakıda gənc oğlan intihar edib

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Şuşa şəhərciyində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məhəmməd Həsənov yaşadığı evdə özünü asıb. Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.