Bir ədəd gilas 300 dollara satılıb


Digərləri 27 İyn 2022 19:15:00 201 0

Bir ədəd gilas 300 dollara satılıb

Yaponiyada Aomori Heartbeat gilasının ilk auksionunda bir giləmeyvə üçün maksimum qiymət 40.000 yen, təxminən 296 dollar təşkil edib.

Son.az NHK-ya istinadən bildirir ki, üç il əvvəl Aomori prefekturasından olan yetişdiricilər öz yetişdirdikləri gilasının Aomori Heartbeat adlı yeni növünü fəal şəkildə bazara çıxarmağa başlayıblar.

Cari ilin ilk hərraclarında bu sortdan bir giləmeyvə üçün qiymət rekord həddə çatıb. 15 giləmeyvədən ibarət qutu 600 000 yen və ya 4 400 dollara, bir giləmeyvə isə 40 000 yen, təxminən 296 dollara satılıb ki, bu da ötən illə müqayisədə 25 % çoxdur. Ümumilikdə bu sortdan 11 qutu satılıb.

Bildirilir ki, yeni sortun diametri 2-2,5 santimetrdir və onlar parlaq qırmızı rəngi, parlaqlığı və zəngin dad balansı ilə də fərqlənir.

İrfan Vəliyev Son.az