İzləyicisi Toppuş bacıya “keçəl” dedi Canlı yayımda ağladı


Şou-biznes 27 İyn 2022 18:00:00 182 0

İzləyicisi Toppuş bacıya “keçəl” dedi  Canlı yayımda ağladı

Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) TikTok-da canlı yayım zamanı ağlayıb.

Son.az olay-a istinadən xəbər verir ki, buna səbəb bir izləyicisinin ona "keçəl" deməsi olub.

Göz yaşlarını saxlaya bilməyən aktrisa bunları söyləyib:

"Mən sizi bağışlayıram. Nə edəsiz ki? Sizin heç bir günahınız yoxdur. Mən də ilk dəfə saçımı qırxmağa hazır olmadım. Məndən əvvəl saçını Royal (Həyat yoldaşı - Red) öz saçlarını kəsdi, sonra qayınatam, ardınca da qardaşım, bacımın oğlu bu addımı atdı. Ailəlikcə hamımız keçəl olduq".

Qeyd edək ki, sənətçi uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.