Superavtomobillər yarışa çıxdı


Digərləri 27 İyn 2022 18:37:00 146 0

Superavtomobillər yarışa çıxdı

"Lamborghini Aventador SVJ", "McLaren 720S" və "Porsche 911 Turbo S (992)" superkarları arasında yarış keçirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, görüntülər "Carwow" "YouTube" kanalında yayımlanıb.

İtalyan, Britaniya və Almaniya istehsalı kupelərin düz xətt üzrə duelində təkcə sürət yox, həm də əyləclərin effektivliyi kimi müxtəlif texniki paramertlər qiymətləndirilib.

Yarış zamanı şəksiz qalibi müəyyən etmək mümkün olmayıb. Belə ki, avtomobillərdən hər biri ən azı bir parametr üzrə digərlərindən üstün olub.