"Zil” 160 nömrəli marşrut avtobusunu vurub


Digərləri 27 İyn 2022 18:10:00 121 0

"Zil” 160 nömrəli marşrut avtobusunu vurub

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş "Zil" markalı avtomobil "Çinar-Trans" MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də xəsarət alan olmayıb.