Beyləqanda çoxmənzilli bina bir ildir ki, təhvil verilmir


Digərləri 27 İyn 2022 17:30:00 115 0

Beyləqanda çoxmənzilli bina bir ildir ki, təhvil verilmir

Beyləqanda qəzalı mənzillərdə yaşan sakinlər üçün yeni çoxmənzilli yaşayış binası tikilib, amma istifadəyə verilmir. Yeni mənzillərinə köçmək ümidi ilə yaşayan sakinlər bir ilə yaxındır ki, gözləyirlər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasında tikinti işləri başa çatsa da, qapıları bağlı qalıb.  

Rayonda qəzalı mənzillərdə yaşayan sakinlər üçün yeni dörd mərtəbədən ibarət yaşayış binası tikilib. İnşaat işləri bir il əvvəl başa çatib, amma sakinlər bu günə qədər köçürülməyib.

Rayon sakinlərinin sözlərinə görə, uzun illərdir ki, qəzalı vəziyyətə, hər an uçmaq təhlükəsində olan mənzillərdə yaşayırlar. Dövlət komissiyası tərəfindən verilmiş rəy əsasında  onlar üçün yeni yaşayış binasının tikintisinə başlanılıb. Tikintiyə sevinən sakinlər onlara veriləcək yeni mənzillərin yolunu səbirsizliklə gözləyirlər.

Yaranmış vəziyyətlə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət edilsə də, hər dəfə yaxın vaxtlarda köçürüləcəkləri vədi verilib.