Telman İsmayılov Baydenlə niyə görüşüb?


Dünya 27 İyn 2022 17:37:00 122 0

Telman İsmayılov Baydenlə niyə görüşüb?

Amerika prezidenti Co Baydenin oğlu Hunter Baydenin Telman İsmayılovla görüşdüyü ortaya çıxıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. 

Məlumata görə, görüş 2012-ci ilin fevralın 17-də İsmayılovun Moskvadakı  "AST Group"un baş ofisində baş tutub. 

Bildirilir ki, həmin vaxt Hunter Bayden azı 4 başqa rusiyalı oliqarxla da görüş keçirib. Bu görüşlərin məqsədi isə hələlik bəlli deyil. 

Bu danışıqdan beş gün sonra, yəni 22 fevral 2012-ci ildə Moskvadan ABŞ-a qayıdan Hunter öz atası ilə görüşüb.

Qeyd edək ki, Telman İsmayılov hazırda axtarışdadır. O, Rusiya hakimiyyəti tərəfindən bir il əvvəl iki şəxsin qətlinə görə 2 milyon dollar ödəməkdə ittiham olunur.