Putinin nüvə çamadanı bu cür işləyir


Digərləri 27 İyn 2022 15:00:00 128 0

Putinin nüvə çamadanı bu cür işləyir

Rusiya Prezidenti Vladimir Putinin məşhur nüvə çamadanında kodlar olan seyf var.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Oleq Jdanov deyib.

"Bu seyfdə elektron kilid var, müasir standartlara görə, artıq açar yoxdur. Seyf barmaq izi ilə işləyir, içərisində kodlar var. Seyfi açanda şifrə əlavə olunur və sonra əmr mərhələsi başlayır. Hər mərhələdə bu kod yoxlanılır və ona müəyyən hissə əlavə olunur. Nəhayət, başlatma cihazında bu kod daxil edildikdə qırmızı düymənin yerləşdiyi operatorun kabinəsi açılır - açar çevrilir və "Başlat" düyməsi basılır. Raket başlanğıc mövqeyini tərk edir. Prosedur belədir", - ekspert bildirib.

O bildirib ki, seyfdə GPS var və onu heç yerə aparmaq olmaz:

"Əvvəllər çamadan hətta onu daşıyan şəxsə qandallı olub. Sovet İttifaqında çamadan gəzdirmək adət idi. SSRİ və Rusiyada ənənəyə görə, bu çamadan göstəriş olaraq götürülür".

Qeyd edək ki, bir neçə gün öncə Vladimir Putinin mühafizəçisi və "nüvə çamadanı"nı daşıyan FSB polkovniki Vadim Ziminin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayılmışdı.