Madonna konsertində həmcinsi ilə öpüşdü


Şou-biznes 27 İyn 2022 16:45:00 136 0

Madonna konsertində həmcinsi ilə öpüşdü

Bir neçə gün əvvəl dünya pop səhnəsinin əfsanəsi Madonna Nyu Yorkda "Qürur Ayı"nın qeyd olunması ilə əlaqədar konsert verib. İyun ayında dünyanın bir çox ölkələrində LGBT icmasının problemlərinə diqqəti cəlb etmək üçün tədbirlər keçirilib.

Azlıqların hüquqlarının tanınmış müdafiəçisi olan Madonna kənarda qalmayıb. Belə ki, pop kraliça bu münasibətlə canlı konsert proqramı ilə çıxış edib.

Son.az bizim.media-ya istinadən xəbər verir ki, Madonnanın çılğın davranışları ilə internetdə məşhurlaşan dominikanlı repçi "Tokischa" ilə çıxışı ictimaiyyətin diqqətini çəkib.  

Sənətçilər "Hang Up" mahnısını duet şəklində ifa edərək, çıxışlarını öpüşlə bitiriblər. Pop-divanın pərəstişkarları dərhal onu 2003-cü ildə "MTV VMA"da Madonna və Britni Spirsin əfsanəvi öpüşü ilə müqayisə etməyə başlayıblar.