"Onunla heç vaxt barışmaram"


Şou-biznes 27 İyn 2022 16:15:00 158 0

"Onunla heç vaxt barışmaram"

"Dostluq etdiyin insanlar işlədiyin adamlar olmamalıdır. Neçə illərin dostu belə bir günün, saniyənin içində hər şeyi silib atır. Əlimin duzu yoxdur. Qarşındakı insanla pis davrananda hörmətli olursan. Nəyin ki, onu başına tumar, sığal çəkəndə".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Şourum" proqramında deyib. Sənətçi dostlarından gileylənib. O bildirib ki, rəfiqələrinin çoxunu həyatından silib:

"İnsanlarla qəddar davrana bilmirəm. Elə insanlar var ki, onlarla heç vaxt barışmaram. Heç yadıma da düşmürlər. Bir insandan elektrik alıramsa, istilik görürəmsə, dostluq edirəm. Amma söz vermişəm, işlədiklərimlə dostluq etmərəm". Son.az