Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb


Dünya 27 İyn 2022 08:59:00 169 0

Bu ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Peruda meymunçiçəyi xəstəliyin ilk yoluxma halı respublikanın paytaxtı Lima şəhərində qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Lopes məlumat verib.

"Yoluxma halı paytaxtda qeydə alınıb. Pasient dünən bütün laborator müayinələrdən keçib, nəticələr meymunçiçəyinə yoluxmanı təsdiqləyib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, yoluxan şəxs xarici ölkənin vətəndaşıdır.