Ukrayna daha dörd HIMARS alacaq


Dünya 27 İyn 2022 07:09:00 198 0

Ukrayna daha dörd HIMARS alacaq

HIMARS raket yayılım atəş qurğularının növbəti partiyası iyulun ortalarında Ukraynaya gələcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü brifinqdə bildirib.

Bildirilib ki, Ukrayna ərazisində dörd HIMARS həm istismar, həm də texniki xidmət və dəstək baxımından təlim keçmiş ekipaj tərəfindən xidmət göstərir.

Pentaqon sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar dörd buraxılış qurğusunun ikinci partiyasının təhvil verilməsinə dair artıq razılığa gəlib. Bununla bağlı hələlik konkret tarix olmasa da bu təxminən iyulun ortalarında baş tuta bilər.