“İllərdir, PUAların Qarabağ müharibəsindəki təhlükəsinə diqqət yetiririk” ABŞın ordu naziri


Siyasət 27 İyn 2022 07:18:00 131 0

“İllərdir, PUAların Qarabağ müharibəsindəki təhlükəsinə diqqət yetiririk”  ABŞın ordu naziri

ABŞ ordusu illərdir, PUA-ların xüsusən Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində yaratdığı təhlükəyə diqqət yetirir.

Son.az "report"a istinadən bildirir ki, bunu ABŞ-ın ordu naziri (quru qoşunları) Kristin Uormut deyib.

"Pilotsuz uçuş aparatları və digər avtomatlaşdırılmış sistemlər ABŞ üçün ciddi problemlər yaradır. Buna görə də biz hava və raketdən müdafiə sistemlərimizi təkmilləşdirməyi düşünürük", - o bildirib.

ABŞ ordusunun rəsmisi qeyd edib ki, Ukrayna hərbçiləri zirehli birləşmələrə və Rusiya əsgərlərinin olduğu yerlərə zərbələr endirmək üçün mütəmadi olaraq Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larından istifadə edir, Rusiya qüvvələri də düşmənin cəmləşdiyi yeri müəyyən etmək və artilleriya atəşini göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.