60cı illərin kostyumları yenidən dəbə minir FOTO


Digərləri 26 İyn 2022 19:27:00 183 0

60cı illərin kostyumları yenidən dəbə minir  FOTO

Bəlkə də hər bir modapərəstin arsenalında ən azı xüsusi bir kostyumu var. Lakin bu klassik geyim parçası tendensiyaların təsiri altında mövsümdən-mövsümə bir qədər dəyişir. 

Son.az xəbər verir ki, öz kolleksiyalarında dizaynerlər başqa bir dövrə - altmışıncı illərə diqqət yetiriblər. Odur ki, podiumlarda qısa ətəklər və pencəklərdən ibarət çoxlu sayda mikro kostyumlar göstərilir. Müxtəlif moda evlərinin dizaynerlərinin kolleksiyalarında mikro kostyumlar fərqli görünür. "Giambattista Valli"nin klassik tvid kostyuma seksual yanaşması diqqəti cəlb edir. "Dior" kolleksiyasında Maria Qrazia Küri də mövsümün əsas trendinə müraciət etmək qərarına gəlib. Podium 60-cı illərin yaşıl, narıncı və sarı rəngli mükəmməl mikro kostyumlarla dolu idi. "Chanel"in mikro kostyumu daha çox axşam mərasimləri üçün əlverişlidir, işləmə və rəngli tikmə ilə bəzədilib. Bu dəst standart kokteyl paltarlarına ciddi alternativ olacaq.

Mikro kostyum ilk baxışdan göründüyündən daha çoxfunksiyalı geyimdir. O, ofisə və ya işgüzar görüşlər üçün kifayət qədər gözəl görünür. Dəstə yalnız lakonik çanta və dəri tufli əlavə etmək qalır. Tuflilələri idman ayaqqabısı ilə dəyişdirib, sevdiyiniz restoranda dostlarla şam yeməyi ilə başa çatan şəhər kənarına gəzintiyə də çıxa da bilərsiniz. Bu kostyum sadəcə əlahiddə hadisə üçün mükəmməl deyil, həm də tamamlanmış obrazdır, çünki fərqli geyimləri uyğunlaşdırmaq məcburiyyətində qalmırsınız. (publika.az)