İranda daha bir güclü zəlzələ oldu


Digərləri 26 İyn 2022 18:25:00 168 0

İranda daha bir güclü zəlzələ oldu

Bu gün yerli vaxtla 17:37 radələrində İranın cənub-şərqində yerləşən Kirman vilayətin Ravər rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, 10 km dərinlikdə baş verən yeraltı təkanlar əhalinin təşvişə düşməsi ilə nəticələnib.

Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi haqda məlumat verilməyib.