"Pike kimi kişidən ayrılmaq olar?!" Nura Suri


Şou-biznes 26 İyn 2022 12:07:00 138 0

"Pike kimi kişidən ayrılmaq olar?!"  Nura Suri

Azərbaycanın məşhur sənətçilərindən biri olan Nura Suri ulduz futbolçu Jerar Pikenin dünya şöhrətli müğənni Şakiraya xəyanətində münasibət bildirib.

Son.az offsideplus.az xəbər verir ki, o bu sözləri "MTV Maqazin" verilişinə deyib.  Müğənni qeyd edib ki, Şakiradan fərqli olaraq, o, Pikenin xəyanətini bağışlayardı:  "Şakira bağışlamayıb, bilmirəm niyə?! Amma mən Pike kimi kişidən ayrılmazdım. Bir dəfə edib, keç də, yazıqdır".  Xatırladaq ki, Şakira xəyanət səbəbindən "Barselona"nın müdafiəçisi Jerar Pikedən ayrılıb.