FHNdən xəbərdarlıq Küləkli havada dənizə girmək təhlükəlidir


Digərləri 26 İyn 2022 13:15:00 130 0

FHNdən xəbərdarlıq  Küləkli havada dənizə girmək təhlükəlidir

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Son.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırılır:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".

"Arka Sokaklar"ın leytenantından bikinili FOTOlar like
  • 26 İyn 13:07  
Şou-biznes "Arka Sokaklar"ın leytenantından bikinili FOTOlar

İllərdir Kanal D-də yayımlanan "Arka Sokaklar" serialınının akt

arrow Ətraflı
ÜSTdən meymunçiçəyi ilə bağlı gözlənilən açıqlama verildi like
  • 26 İyn 13:00  
Digərləri ÜSTdən meymunçiçəyi ilə bağlı gözlənilən açıqlama verildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "meymunçiçəyi" ilə m

arrow Ətraflı
"Tarix yazan ordumuzla fəxr edirəm" like
  • 26 İyn 12:45  
Digərləri "Tarix yazan ordumuzla fəxr edirəm"

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yer

arrow Ətraflı
Sabah güclü külək əsəcək like
  • 26 İyn 12:30  
Digərləri Sabah güclü külək əsəcək

İyunun 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Çavuşoğlu Azərbaycana gəlir like
  • 26 İyn 12:22  
Siyasət Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.

arrow Ətraflı
Rusiyada beş nəfər avtomobildə yanaraq öldü like
  • 26 İyn 12:15  
Dünya Rusiyada beş nəfər avtomobildə yanaraq öldü

Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə n

arrow Ətraflı
"Pike kimi kişidən ayrılmaq olar?!"  Nura Suri like
  • 26 İyn 12:07  
Şou-biznes "Pike kimi kişidən ayrılmaq olar?!" Nura Suri

Azərbaycanın məşhur sənətçilərindən biri olan Nura Suri ulduz futbolçu

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötdü like
  • 26 İyn 12:00  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 543 329 292 nəfərə çatıb.

arrow Ətraflı
Türkiyə kəşfiyyatı yunan casusu saxlayıb like
  • 26 İyn 11:45  
Dünya Türkiyə kəşfiyyatı yunan casusu saxlayıb

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) casusluq etdiyi

arrow Ətraflı
Məzun günündə prorektorun rəqsi gündəm oldu  VİDEO like
  • 26 İyn 11:37  
Digərləri Məzun günündə prorektorun rəqsi gündəm oldu VİDEO

Odlar Yurdu Universitetində məzun günü keçirilib.

arrow Ətraflı
Rusiya Belarusa “İsgəndərM” verəcək like
  • 26 İyn 11:30  
Dünya Rusiya Belarusa “İsgəndərM” verəcək

Rusiya Belarusa "İskəndər-M" taktiki raket komplekslərini verəcə

arrow Ətraflı
Pakistanda 4 terrorçu zərərsizləşdirilib like
  • 26 İyn 11:22  
Dünya Pakistanda 4 terrorçu zərərsizləşdirilib

Pakistanın təhlükəsizlik qüvvələri Şimali Vəziristan dairəsində 4 ter

arrow Ətraflı
Bu ölkədə 7 nəfəri oğurlayıb öldürdülər like
  • 26 İyn 11:15  
Dünya Bu ölkədə 7 nəfəri oğurlayıb öldürdülər

Meksikanın Yukatan ştatında naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətl

arrow Ətraflı