AlbanUdi dini icması Suqovuşan və Talış kəndində


Digərləri 26 İyn 2022 12:08:00 169 0

AlbanUdi dini icması Suqovuşan və Talış kəndində

12:08

Azərbaycanda yaşayan Alban-Udi Dini icmasının üzvlərinin bu gün Erməni işğalından azad edilən ərazilərə səfərləri davam edir.

Trend-in məlumatına görə, Alban-Udi Xristian Dini İcmasının üzvləri 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə tarixi torpaqlarımıza səfərləri zamanı Suqovuşandan sonra Talış kəndində yerləşən V əsrə aid olan kilsəni də ziyarət ediblər. Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

İcma üzvləri kilsədə dini ayin icra edib, şam yandırıblar.

-------

11:28

Alban-Udi dini icmasının Erməni işğalından azad edilən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İcma üzvləri Suqovuşan da yerləşən kilsəni ziyarət ediblər.

Alban-Udi Xristian Dini İcmasının üzvləri 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibəti ilə tarixi torpaqlarımıza səfərləri zamanı Suqovuşanda olan V əsrə aid olan və ermənilərin 1898 - ci ilədə bərpa edərək erməni məbədi kimi qələmə verdikləri Alban mədəni irsinə aid olan tarixi məkanı ziyarət ediblər.

Kilsədə dini ayin icra edilib. Ziyarət zamanı icma üzvləri şamlar yandırıb dualar oxuyublar.

Daha sonra icma üzvləri Talış kəndə yola düşəcəklər. Alban kilsəsin ziyarət edəcəklər.