Rusiyada beş nəfər avtomobildə yanaraq öldü


Dünya 26 İyn 2022 12:15:00 150 0

Rusiyada beş nəfər avtomobildə yanaraq öldü

Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, "Opel" markalı minik avtomobili xəndəyə girərək tövləyə çırpılıb. Nəticədə avtomobil yanıb.

Sürücü və 4 sərnişin hadisə yerində ölüb. Qəza zamanı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.