Zakir Həsənov şəxsi heyəti təbrik edib


Digərləri 26 İyn 2022 11:10:00 93 0

Zakir Həsənov şəxsi heyəti təbrik edib

Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bu xəbəri də oxu: Yoluxanların sayı açıqlandı

Son.az bildirir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, sarsılmaz, dönməz olan Azərbaycan Respublikasının müdafiəsini təmin edən ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, eyni zamanda, regionda sülhün, sabitliyin təminatçısına çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətində milli ordu quruculuğunu yenidən bərpa edən ölkəmiz tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət ordusunun hüquqi bazasını təşkil etmişdi.

Ölkənin suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan və 104 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilib.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.

Qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs imiş  Yeni detallar  FOTO like
  • 26 İyn 11:07  
Kriminal Qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs imiş Yeni detallar FOTO

Bu gün Sumqayıtda qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlının tanı

arrow Ətraflı
Yay gəlinliklərində yeni TREND: "Vualet" şapkalar like
  • 26 İyn 01:23  
Digərləri Yay gəlinliklərində yeni TREND: "Vualet" şapkalar

Gözəl və dəbli gəlinlik hər bir qızın arzusudur. Hazırda dövrün trend

arrow Ətraflı
Kütləvi ölümlər olmayacaq, like
  • 25 İyn 23:49  
Digərləri Kütləvi ölümlər olmayacaq,

Həkimlər deyir ki, koronavirusa yoluxmada artımlar olsa da, əvvəllər oldu

arrow Ətraflı
Ukraynana “pis sülhə” məcbur like
  • 25 İyn 23:47  
Siyasət Ukraynana “pis sülhə” məcbur

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna hadisələri ətrafında

arrow Ətraflı
Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir like
  • 25 İyn 23:45  
Digərləri Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir

Bu giləmeyvənin nadir xüsusiyyətləri onu bir çox xəstəliklər və pozulm

arrow Ətraflı
Gəncədə Qafqaz İslam Ordusuna aid abidə açılacaq  FOTO like
  • 25 İyn 23:43  
Digərləri Gəncədə Qafqaz İslam Ordusuna aid abidə açılacaq FOTO

Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılış mərasimi keçiriləc

arrow Ətraflı
Çavuşoğlu Blinkenlə telefonla danışıb like
  • 25 İyn 23:41  
Dünya Çavuşoğlu Blinkenlə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi

arrow Ətraflı
Miqreni müalicə ilə sağaltmaq mümkündürmü? like
  • 25 İyn 21:30  
Digərləri Miqreni müalicə ilə sağaltmaq mümkündürmü?

Miqren üz və baş nahiyəsinin sinirinin həssaslığı ilə əlaqədar xronik

arrow Ətraflı
"Vətən Müharibəsi Qəhrəman”larına 2000 manat təqaüd veriləcək like
  • 25 İyn 21:29  
Siyasət "Vətən Müharibəsi Qəhrəman”larına 2000 manat təqaüd veriləcək

Bu gün "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər

arrow Ətraflı
Dişləriniz hansı səbəbdən saralır? like
  • 25 İyn 21:25  
Digərləri Dişləriniz hansı səbəbdən saralır?

Diş minasının saralması bir sıra xəstəliklərdən xəbər verir.

arrow Ətraflı
PeyğəmbəriƏkrəmdən olan bənzətmələr like
  • 25 İyn 21:20  
Digərləri PeyğəmbəriƏkrəmdən olan bənzətmələr

Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar, hə

arrow Ətraflı
Azad edilmiş ərazilərdə xidmət aparmaq bizim üçün şərəfdir like
  • 25 İyn 16:28  
Siyasət Azad edilmiş ərazilərdə xidmət aparmaq bizim üçün şərəfdir

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümü ər

arrow Ətraflı
Nura Suri: "Adım brenddir" like
  • 25 İyn 15:22  
Şou-biznes Nura Suri: "Adım brenddir"

"Evli olanda da, boşanandan sonra da geyimlərə çox önəm vermişəm. B

arrow Ətraflı