Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir
Digərləri 25 İyn 2022 23:45:00 120 0
Bu giləmeyvənin nadir xüsusiyyətləri onu bir çox xəstəliklər və pozulmalar zamanı olduqca təsirli müalicəvi vasitə edir.
Bu xəbəri də oxu: Laçın və Xocalıda meşələri yandıran ermənilərə
Bu giləmeyvə zəngin kimyəvi tərkibinə malikdir: vitaminlər (C, B qrupu, P, K, E), karotin, minerallar (kalium, kalsium, maqnezium, dəmir, fosfor, mis və s.), orqanik turşular (alma turşusu, limon turşusu), efir yağları, fitonsidlər, pektinlər və s. Məhz bu səbəbdən itburnu təbii polivitamin sayılır. Uşaqlara, yaşlı, zəifləmiş, xəstə insanlara itburnu dəmləməsini (çayını və s.) ümumi möhkəmləndirici vasitə kimi vermək olar.
İlk növbədə itburnu C vitamini ilə çox zəngindir. C vitamini orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. C vitamini güclü antioksidantdır. Bu o deməkdir ki, bu vitamin orqanizmi qocalma və dağılma proseslərindən qoruyur, bu prosesləri ləngidir. C vitamini ilə zəngin olan itburnu dəmləməsi orqanizmi cavanlaşdırır, dərini daha elastik və hamar edir.
İtburnu insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və infeksiyalarına qarşı davamlılığını artırır. Bu xüsusilə soyuq fəsillərdə vacibdir. Əgər siz hər gün 1 çay qaşığı təbii bal əlavə olunmuş 1 stəkan itburnu dəmləməsi qəbul etsəniz, soyuqdəymə xəstəliklərindən qorunmuş olacaqsınız.
Uşaqlar üçün bu xüsusilə vacibdir. Uşaqlara hər gün bal əlavə olunmuş 1/2 stəkan itburnu dəmləməsini vermək olar.
C vitamini və rutinlə zəngin olan itburnu damarların elastikliyini artırır, damarları möhkəmləndirir, varikoz xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Bundan əlavə itburnu damarları artıq xolesterindən təmizləyir və bu səbəbdən ateroskleroz xəstəliyinin profilaktikasında geniş istifadə olunur.
Pediatriyada itburnu dəmləməsinin qəbulu burun qanaxmalarına meyilli olan uşaqlara tövsiyə olunur.
Sidikqovucu təsirinə malik olan itburnu bəzi böyrək və sidik kisəsi xəstəlikləri zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
İtburnu həmçinin ödqovucu təsirinə malikdir və bu səbəbdən xolesistit (öd kisəsinin iltihabı) xəstəliyinin müalicəsində istifadə olunur.
İtburnu ürək-damar sisteminə və qanın tərkibinə müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir. Yüksək təzyiqdən əziyyət çəkənlərə itburnu dəmləməsi kömək edə bilər.
İtburnu tumlarından efir yağı hazırlanır. Bu yağ çox güclü yarasağaldan və iltihabəleyhinə təsir edir. İtburnu dərinin regerasiya (bərpa) proseslərini sürətləndirir və bu səbəbdən itburnu yağı yanıqların, dermatozların, trofik xoraların müalicəsində istifadə olunur. Uşaqlarda müxtəlif sıyrıntılar, kəsiklər və s. dəri zədələnmələri zamanı itburnu yağını təbii müalicəvi vasitə kimi istifadə etmək olar.
İtburnu sinir sisteminə də müsbət təsir edir, yaddaşı möhkəmləndirir.
İtburnu dəmləmə, çaylar, kisel şəklində istifadə olunur. Ən populyar vasitə itburnu dəmləməsidir. Lakin bu dəmləməni düzgün hazırlamaq lazımdır. Bu çox vacibdir. 1 xörək qaşığı itburnu üçün 1 stəkan qaynar su götürülür.
İtburnu yaxşı əzilir, termosa qoyulur, üzərinə qaynar su tökülür və 6-8 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzmək lazımdır ki, itburnunun içərisində olan nazik tükcüklər dəmləməyə düşməsin. Bu tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.
Dəmləməni gün ərzində 1-2 stəkan miqdarında içmək olar. Dəmləməni 1-2 həftə ərzində qəbul edin, sonra 1-2 həftə fasilə verin və yenə qəbul edin.
Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılış mərasimi keçiriləc

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi

Miqren üz və baş nahiyəsinin sinirinin həssaslığı ilə əlaqədar xronik

Bu gün "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər

Diş minasının saralması bir sıra xəstəliklərdən xəbər verir.

Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar, hə

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümü ər

"Evli olanda da, boşanandan sonra da geyimlərə çox önəm vermişəm. B

Şort yayda ən çox istifadə olunan geyimdir. Bəzilərimiz qısa şorta üst

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Mətanət İsgəndərl

Dünyaca məşhur geyim markası "Vetements" 2023-cü ilin yaz və yay

Bakıdan yola düşmüş ilk sərnişin avtobusu Füzuliyə çatıb.

18 illik həyat yoldaşı Karolina Alurraldedən ötən aylarda ayrılan Türkiy

"Rusiyanın Qara və Azov dənizində 4 "Kalibr" dəniz qanadlı

Kriptovalyuta bazarının çökdüyü son üç ay ərzində rəqəmsal valyutada
