Dələduz qadın evi bu yolla satdı


Dünya 26 İyn 2022 07:31:00 125 0

Dələduz qadın evi bu yolla satdı

Rusiyada Vladimir vilayətinin Murom şəhərinin sakini özünü bacısı kimi göstərərək mənzilini gizli şəkildə satıb.

Son.az bildirir ki, Murom Şəhər Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, qohumunu mənzildən məhrum etmək üçün cinayətkar xarici oxşarlıqdan istifadə edib.

İlkin araşdırmaya görə, qadın özünü bacısına məxsus bir otaqlı mənzilin sahibi kimi təqdim edib. Fırıldaqçı daşınmaz əmlakı naməlum alıcılara satıb və əməliyyatdan 600 min rubl (11 300 dollar) alıb.

İndi qadın aldatma yolu ilə oğurluq etməkdə ittiham olunur ki. Belə bir cinayətin cəzası ya bir milyon rubla (18 800 dollar) qədər cərimə, ya da 10 ilə qədər həbs olacaq.