Əvvəl inkar etdi, sonra mədəsini kəsdirdiyini açıqladı


Şou-biznes 25 İyn 2022 02:44:00 218 0

Əvvəl inkar etdi, sonra mədəsini kəsdirdiyini açıqladı

Əməkdar artist Mətanət İsgəndərli bir müddət əvvəl mədəkiçiltmə əməliyyat etdirməsi ilə gündəmə gəlmişdi. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni özü açıqlamalarından birində məlumatın yalan olduğunu deyərək, bıçaq altına yatdığını inkar edib. 

Ötən gün isə İsgəndərli mədəsini kəsdirdiyini etiraf edib. Onun videosu sosial şəbəkədə yayılıb. 

"Əvvəl qorxurdum, ağlıma gəlməzdi ki, mədəkiçiltmə etdirim. Əməliyyatdan neçə gün keçib, özümü yaxşı hiss edirəm. Çox rahatam. Yuxu kimi gəlir mənə, inanıram ki, əvvəlki Mətanət İsgəndərli qayıdacaq" deyə, ifaçı bildirib.