Consondan şok iddia “Bu ölkələr Ukraynaya təklif edirlər ki...”


Dünya 24 İyn 2022 23:42:00 249 0

Consondan şok iddia  “Bu ölkələr Ukraynaya təklif edirlər ki...”

G7 ölkələri və NATO üzvləri Rusiyanın amansız müharibəsi davam edərkən Ukraynanı əlverişsiz şərtlərlə sülhə razılaşmağa təşviq etməməlidirlər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.

Conson Qərb dövlətlərini ukraynalılara strateji dözümlülük üçün motivasiya verməyə çağırıb.

"G7-dəki və xüsusən də NATO-dakı həmkarlarıma mesajım budur ki, indi danışıqlar aparmaq və ukraynalıları pis sülhü qəbul etməyə təşviq etmək vaxtı deyil, atəşkəs müqabilində onlara ərazilərinin bir hissəsindən imtina etmək təklif olunur", - baş nazir bildirib.

O, belə bir ssenarinin fəlakət olacağı və bunun Rusiya Prezidenti Vladimir Putinə cəsarət verəcəyi və dünyaya əlavə iqtisadi ziyan vuracağı barədə xəbərdarlıq edib.