TürkPAnın növbəti iclası İstanbulda keçiriləcək


Siyasət 24 İyn 2022 23:47:58 259 0

TürkPAnın növbəti iclası İstanbulda keçiriləcək

Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) XI iclası başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, iclas iştirakçıları sosial sahibkarlığın inkişafı haqqında nümunəvi qanun layihəsinə baxaraq təsdiq ediblər, komissiyaların sədrləri və sədr müavinlərini, baş katibin müavinini seçiblər.

Tərəflər TürkPA-nın 2023-cü il üçün büdcəsini nəzərdən keçiriblər baxıblar. TürkPA-nın XI plenar iclasının iştirakçıları Təşkilatın növbəti XII plenar iclasının 2023-cü ildə İstanbulda (Türkiyə) keçirilməsi barədə qərar qəbul ediblər.

Tədbirin yekunu olaraq Türk Dövlətlərinin Parlament Assambleyasının XI plenar iclasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

Eyni zamanda Türkdilli Ölkələrin Parlament Assambleyasının adının Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması haqqında sənədin imzalanması mərasimi olub.