Bu ölkədə Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi


Dünya 24 İyn 2022 21:59:00 122 0

Bu ölkədə Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi

Kanada Senatı baş nazir Castin Trüdonun təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Son.az oxu.az-a istinadən bildirir ki, məlumata görə, layihə xarici vətəndaşların mənzil almasına iki illik qadağa qoyulması, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılmasını nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçdikdən sonra kralın rəsmi razılığından sonra qanuna çevriləcək.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak artıq bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, yeni qanun sayəsində Kanada öz ərazisində dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynaya ötürə biləcək və bu, müharibə başlayandan sonra ilk belə presedent olacaq.