Alimlərdən koronavirusla bağlı açıqlama
Dünya 24 İyn 2022 21:54:00 150 0
Böyük Britaniyadan olan epidemioloqlar müəyyən ediblər ki, Yer kürəsi əhalisinin koronavirus infeksiyasına qarşı kütləvi vaksinasiyası onun potensial qurbanlarının sayını təxminən 20 milyon azaldıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin nəticələri "Lancet Infectious Diseases" jurnalında dərc olunan məqalədə yer alıb.
"Biz hələ ki COVID-19-a qarşı vaksinasiyanın qlobal səviyyədə bəşəriyyətə necə təsir etdiyinə dair ən əhatəli qiymətləndirmə aparmışıq. Vurğulamaq lazımdır ki, xilas edilmiş təxminən 7,5 milyon insan həyatı peyvəndlərə bərabər çıxışı təmin etmək üçün ÜST tərəfindən işə salınan COVAX proqramı çərçivəsində paylanmış vaksinlərə təsadüf edir", - deyə London İmperial Kollecinin (Böyük Britaniya) elmi əməkdaşı Oliver Votson bildirib.
Pandemiyanın başlanmasından sonra Rusiya, ABŞ, Çin və bir çox digər ölkələrdən olan alimlər SARS-CoV-2 ilə yoluxma riskini və COVID-19-un ağır formalarının inkişaf ehtimalını əhəmiyyətli dərəcədə azaldan onlarca vaksin işləyib hazırlayıblar. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 12 milyard dozadan çox vaksin tətbiq edilib, dünyada bəzi ölkələrdə əhalinin 90 faizdən çoxu vaksinasiya olunub.
Votson və onun həmkarları əhalinin kütləvi vaksinasiyasının qlobal səviyyədə pasiyentlərin COVID-19-dan ölüm nisbətinə necə təsir etdiyinə dair ilk qiymətləndirmələri əldə ediblər. Bunun üçün alimlər peyvənd olunmuş insanların sayı və xəstələnmə nisbəti ilə bağlı BMT-nin üzvü olan 185 ölkədə müvafiq idarələrin mütəxəssisləri tərəfindən toplanmış məlumatları cəmləyib təhlil ediblər.