Meydançada kütləvi dava VİDEO


Dünya 24 İyn 2022 19:37:00 143 0

Meydançada kütləvi dava  VİDEO

Türkiyənin Elazığ şəhərində Həvəskarlar Liqasında üz-üzə gələn komandaların qarşılaşması kütləvi dava ilə bitib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, gərgin keçən qarşılaşmada hakim səkkiz dəfə əlinin qırmızı vərəqəyə atmalı olub.

Oyunun artırma dəqiqələrində isə gərginlik pik həddə çatıb və futbolçular yumruqlarını işə salıb.

Yalnız təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra dava edən şəxsləri aralamaq mümkün olub.