24 yaşlı qadın intihar edib


Digərləri 24 İyn 2022 21:25:00 187 0

24 yaşlı qadın intihar edib

Hacıqabulda 24 yaşlı qadın özünü asaraq intihar edib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.

Kənd sakini, 2 uşaq anası 1998-ci il təvəllüdlü Nəsirova Gülbəniz Ələsgər qızı yaşadığı ünvanda yerləşən tövlədə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.