Uşaqların həyətdə səs salmasına əsəbləşib qumbara atdı VİDEO


Dünya 24 İyn 2022 18:37:00 125 0

Uşaqların həyətdə səs salmasına əsəbləşib qumbara atdı  VİDEO

Ukraynanın Dnepr şəhərində sərxoş kişi evinin pəncərəsindən həyətdə oynayan uşaqlara qumbara atıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, insident nəticəsində 11 yaşlı uşaq xəsarət alıb.

İlkin məlumata görə, 54 yaşlı sərxoş kişi həyətdə oynayan uşaqların səs salmasına etiraz olaraq bu addımı atıb.

Artıq hadisəni törədən şəxs saxlanılıb. Polis onun evində axtarış aparıb. Nəticədə evdən daha iki qumbara və patronlar aşkar edilib.