Azərbaycan, Ermənistan və Rusiyanın baş prokurorları arasında görüş keçirilib
Siyasət 24 İyn 2022 17:56:00 132 0
Bu gün Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan Baş prokuroru Kamran Əliyev, Rusiya Baş prokuroru İqor Krasnov və Ermənistan Baş prokuroru Artur Davtyan arasında üçtərəfli görüşü keçirilib.
Bu xəbəri də oxu: Latviyada Ukraynaya “Bayraktar” alınması
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
K.Əliyev 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib.
Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Qarabağa qanunsuz səfərlərin yolverilməzliyi diqqətə çatdırılmış və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib.
Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.
Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləmişlər.
"Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın istiqamətində

Xəzəryanı ölkələr arasında əməkdaşlıq üzrə ratifikasiya prosesini s

Dünyaca məşhur müğənni Cenifer Lopez gecə geyimiylə təyyarəyə mindiy

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycan

ABŞ sakini uşaqlara görə ərini öldürüb və peşman olmadığını bildir

Avstraliyalı qadın mərhum atasının iş tapmaq şərtini yerinə yetirməkd

Rusiyanın onlarla şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri

Əməkdar artist Ruhəngiz Musəvi plastik əməliyyat etdirən sənət adamlar

Marka, keyfiyyət və sərfəli qiymət bir arada olacaq

Müğənni Nura Suri bir il fasilədən sonra növbəti duetini təqdim edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizli

Bakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gə

"Vəziyyət o həddə çatıb ki, Azərbaycanda şiə fəalların yaşamaq

"Baxırsan ki, kim nalayiq söz danışırsa kütlə onları izləyir. Qın

Yer pulu ödəmirlər, nəqliyyat xərclərindən azaddırlar. Qiymətləri isə
