Lavrov Bakıdan əvvəl Tehrana niyə səfər edib?


Siyasət 24 İyn 2022 17:28:00 133 0

Lavrov Bakıdan əvvəl Tehrana niyə səfər edib?

"Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın istiqamətində mövqelərimizi yenidən atəşə tutublar. İki gün əvvəl Azərbaycan tərəfinin Laçın dəhlizinə alternativ yolun çəkilişində artıq asfaltlanma işlərinə başlanıldığı ilə bağlı fotoları yaydı. Bu deməyə əsas verirmi ki, Ermənistan tərəfi Laçın dəhlizini və bütövlükdə Laçını Azərbaycanda təhvil verməməmək üçün məhz bu istiqamətdə təxribatlara törədir və bu təxribatlar qarşıdakı günlərdə daha çox ola bilər".

Bunu Son.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, alternativ yolun istifadəyə verilməsindən sonra etnik ermənilərin Azərbaycana daxil olub, çıxmaq məsələsi daha Laçın dəhlizindəki kimi olmayacaq:

"Ermənistan tərəfi Laçın dəhlizinə alternativ olaraq açıqlacaq təzə yolun əleyhinədir. Ermənistan Laçın dəhlizindən məhrum olunarsa, yeni yol istifadələrinə verilərsə, demək olar ki, etnik ermənilərin Azərbaycana daxil olub, çıxmaq məsələsi daha Laçın dəhlizindəki kimi olmayacaq. Burada ilk öncə Ermənistandan Qarabağa getmək istəyənlər elə birinci Ermənistan sərhəddində Rusiyanın orada quracağı yeni postlardan, rusların nəzarəti altında olan keçid məntəqələrindən keçəcəklər, ondan sonra Azərbaycan ərazisinə daxil ola biləcəklər.

Təbii ki, artıq Azərbaycan Laçın dəhlizindən fərqli olaraq yeni alternativ yola birbaşa nəzarət edəcək, öz postları, gömrük keçid məntəqələri qurulacaq. Buradan hər şeyə nəzarət ediləcək. Yəni ermənilər bunu çox gözəl anlayırlar ki, bu yeni yol açılarsa, onlar tam Azərbaycan tərəfindən nəzarətdə olacaqlar - kimlər gəlir, kimlər gedir. Əvvəlkilər kimi qanunsuz səfərlərə cəhd olacaqsa, bunların qarşısı birbaşa sərhədçilərimiz tərəfindən alınacaq.  

Bu baxımdan ermənilər bunu çox gözəl bilirlər. Onu da bilirlər ki, bu qeyri-qanuni səfrələrlə bağlı artıq birdəfəlik olaraq onların "kitabı bağlanır". Üstəlik də Qarabağa nə aparacaqlar, nə gətirəcəklər, yenə də biz tərəfdən nəzarətdə olacaq. 

Lavrovun səfəri ərəfəsində Qarabağda atəşkəsin pozulması, təxribat məsələsi heç də buna görə deyil. Lavrov Bakıdan öncə İranda idi. Onun İran səfərinin əsas məqsədlərindən biri Rusiyanın vaxtı ilə istehsal edib, İrana satdığı hərbi texnikaları yenidən onlardan geri almaq idi. Çünki Ukrayna ilə müharibədə artıq Rusiya demək olar ki, 60-70% silah-sursatını, hərbi texnikasını bitirib. Yerdə ancaq raketlər qalıb. 

Ona görə də Rusiya vaxtı ilə İrana satdığı o həmin o silah, texnikaları yenidən alıb gətirmək niyyətindədir. Bu da təbii ki, 3 ölkənin ərazisindən gedə bilər:

◾️ Azərbaycan ərazisindən keçməklə Xəzər dənizi vasitəsi ilə

◾️ Ermənistan vasitəsilə Gürcüstana, Gürcüstandan da Rusiyaya

Əgər hansısa bir ölkə bu məsələdə Rusiyaya yol verərsə, o ölkənin özü də müəyyən çətinliklərlə üzləşəcək. Düşünmürəm ki, Qərb, yaxud da Amerika buna müsbət baxsın. Gələcəkdə bu ölkələr də sanksiyalara məruz qala bilərlər.

Təbii ki, Azərbaycan bundan tam şəkildə imtina edə bilər. Amma eyni sözü Ermənistan üçün deyə bilmərik, çünki Ermənistan birbaşa KTMT üzvüdür. Üstəlik Ermənistan bu il KTMT-yə sədrlik edir, bu o deməkdir ki, rəsmi İrəvan Rusiyanın həmin silahları daşıması üçün şərait yaratmalıdır. Çünki onların arasındakı müqavilələrdə bu məsələ öz əksini tapıb. 

Bu baxımdan Lavrovun İrandan birbaşa Bakıya gəlməsi, həmin məsələ ilə bağlı yox, 10 noyabr bəyanatından da nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparsın. Çünki burada artıq mütləq şəkildə Rusiya blokadadan çıxmaq üçün bu dəhlizdən istifadə etmək niyyətindədir". 

Təhməz Əsədov Son.az

"Bu prosesi sona çatdırmaq lazımdır" like
  • 24 İyn 17:24  
Siyasət "Bu prosesi sona çatdırmaq lazımdır"

Xəzəryanı ölkələr arasında əməkdaşlıq üzrə ratifikasiya prosesini s

arrow Ətraflı
Müğənninin 500 dollarlıq gecə geyimi  VİDEO like
  • 24 İyn 17:22  
Şou-biznes Müğənninin 500 dollarlıq gecə geyimi VİDEO

Dünyaca məşhur müğənni Cenifer Lopez gecə geyimiylə təyyarəyə mindiy

arrow Ətraflı
Qadın uşaqlarına görə ərini güllələdi  Peşman deyiləm like
  • 24 İyn 17:15  
Dünya Qadın uşaqlarına görə ərini güllələdi Peşman deyiləm

ABŞ sakini uşaqlara görə ərini öldürüb və peşman olmadığını bildir

arrow Ətraflı
Atasının 12 milyon dollarlıq mirasını ala bilmir like
  • 24 İyn 17:07  
Dünya Atasının 12 milyon dollarlıq mirasını ala bilmir

Avstraliyalı qadın mərhum atasının iş tapmaq şərtini yerinə yetirməkd

arrow Ətraflı
"Bu layihələrdə dəmiryol relslərini Rusiya şirkətləri tədarük edir" like
  • 24 İyn 17:04  
Siyasət "Bu layihələrdə dəmiryol relslərini Rusiya şirkətləri tədarük edir"

Rusiyanın onlarla şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri

arrow Ətraflı
"Elə bil epidemiyadır, hamısı ombasını böyüdür" like
  • 24 İyn 16:58  
Şou-biznes "Elə bil epidemiyadır, hamısı ombasını böyüdür"

Əməkdar artist Ruhəngiz Musəvi plastik əməliyyat etdirən sənət adamlar

arrow Ətraflı
“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi! like
  • 24 İyn 16:55  
Digərləri “Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!

Marka, keyfiyyət və sərfəli qiymət bir arada olacaq

arrow Ətraflı
Nura Kolumbiyada klip çəkdirdi  VİDEO  FOTO like
  • 24 İyn 16:52  
Şou-biznes Nura Kolumbiyada klip çəkdirdi VİDEO FOTO

Müğənni Nura Suri bir il fasilədən sonra növbəti duetini təqdim edib.

arrow Ətraflı
Keçmiş MTN polkovnikinə hökm oxundu like
  • 24 İyn 16:22  
Digərləri Keçmiş MTN polkovnikinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizli

arrow Ətraflı
Azərbaycanda liftlərə nəzarət hansı qaydada aparılır?  VİDEO like
  • 24 İyn 16:15  
Digərləri Azərbaycanda liftlərə nəzarət hansı qaydada aparılır? VİDEO

Bakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gə

arrow Ətraflı
Tehran, indi sən bizi dinlə... like
  • 24 İyn 16:10  
Siyasət Tehran, indi sən bizi dinlə...

"Vəziyyət o həddə çatıb ki, Azərbaycanda şiə fəalların yaşamaq

arrow Ətraflı
"Baxırsan ki, kim nalayiq söz danışırsa kütlə onları izləyir" like
  • 24 İyn 16:07  
Şou-biznes "Baxırsan ki, kim nalayiq söz danışırsa kütlə onları izləyir"

"Baxırsan ki, kim nalayiq söz danışırsa kütlə onları izləyir. Qın

arrow Ətraflı
Yarmarka, yoxsa bazar: hansı daha ucuzdur?  VİDEO like
  • 24 İyn 16:00  
Digərləri Yarmarka, yoxsa bazar: hansı daha ucuzdur? VİDEO

Yer pulu ödəmirlər, nəqliyyat xərclərindən azaddırlar. Qiymətləri isə

arrow Ətraflı
Sumqayıt avtovağzalından Bakıya avtobuslar niyə işləmir?  VİDEO like
  • 24 İyn 15:52  
Digərləri Sumqayıt avtovağzalından Bakıya avtobuslar niyə işləmir? VİDEO

Sumqayıt avtovağzalında uzun müddətdir ki, Bakıdan Sumqayıta və əks ist

arrow Ətraflı