Avropa Azərbaycan Məktəbinin direktoru Təhsil Nazirliyinin Mükafatına layiq görüldü


Digərləri 24 İyn 2022 14:15:00 163 0

Avropa Azərbaycan Məktəbinin direktoru Təhsil Nazirliyinin Mükafatına layiq görüldü

İyunun 21-də "Müəllim sevinc və dəyər daşıyıcısıdır" mövzusunda Humanist Pedaqogika üzrə IV Respublika Pedaqoji Oxuları keçirilib.

Tədbir Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası və Bakı şəhəri 201 nömrəli tam orta məktəb tərəfindən təşkil edilmişdir. Tədbirin başlanğıcında  Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov çıxışı zamanı pedaqoji oxuların əhəmiyyəti və humanist pedaqogikanın əsas prinsipləri barədə məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev gənc nəslin savadlı və bilikli yetişməsində müəllimlərin müstəsna rolu olduğunu vurğulayıb və pedaqoji oxuların təhsil işçiləri üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən bir sıra iştirakçılar öz nitqlərində pedoqoji oxumaların müəllimlərin inkişafında və onların təhsildə yeni yanaşmalarla tanış olmasında böyük rol oynadığını qeyd etdilər.

IV Respublika Pedaqoji Oxumaları çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini IV Respublika Pedaqoji Oxumalarında "Müəllim sevinc və dəyər daşıyıcısıdır" mövzusunda Təhsil Nazirliyinin Mükafatına layiq görülmüşdür.