Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına nail olmaq üçün unikal imkan yaranıb


Siyasət 24 İyn 2022 14:52:00 158 0

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına nail olmaq üçün unikal imkan yaranıb

Biz hesab edirik ki, müstəqilliyin bərpasından sonra ilk dəfə həm Azərbaycanda, həm də Ermənistanda ölkələrimiz arasında normal, mehriban qonşuluq münasibətlərinin qurulması, normallaşmaya nail olmaq üçün həqiqətən unikal imkan yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Çünki işğal vaxtında mövcud olmuş fundamental problem aradan qaldırılıb. Azərbaycan bunu tək sözdə deyil, həm də real addımlarda nəzərə alır", - deyə nazir bildirib.