"Bizim üçün regionda sülhün əldə olunması prioritetdir"


Siyasət 24 İyn 2022 15:37:00 238 0

"Bizim üçün regionda sülhün əldə olunması prioritetdir"

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi hansısa formatın girovuna çevrilməməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"2022-ci ilin fevralından başlayaraq məlum səbəblərlə əlaqədar ATƏT Minsk qrupu həmsədrlərinin qarşılıqlı fəaliyyəti tam iflic olub. Və biz bu məlumatı rusiyalı tərəfdaşlarımız da daxil olmaqla müxtəlif mənbələrdən almışıq. Bu vəziyyətdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bizim üçün regionda uzunmüddətli, möhkəm və dayanıqlı sülhün əldə olunması prioritetdir. Bu prizmadan baxarkən proses formatın girovuna çevrilməməlidir. Təbii ki, biz mövcud olmayan formata yönələ bilmərik", - deyə nazir bildirib.