Türkiyədə meşə yanğınları: Yeni görüntülər


Dünya 24 İyn 2022 12:15:00 166 0

Türkiyədə meşə yanğınları: Yeni görüntülər

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda artıq bir neçə gündür meşə yanğınları davam edir.

Son.az xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Vahit Kirişcinin sözlərinə görə, yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının söndürülməsinə xeyli sayda helikopter, təyyarə, yanğınsöndürən maşın, su tankeri, eyni zamanda, meşə mühafizəsi xidmətinin əməkdaşları və müxtəlif təşkilatlara məxsus texnikalar cəlb olunub.

Diqqətə çatdırılıb ki, artıq Qətərdən 3 helikopter, Azərbaycandan isə amfibiya təyyarəsi yanğınlarla mübarizə tədbirlərinə qoşulub.

Son.az APA-ya istinadən yanğının davam etdiyi ərazilərdən yeni görüntüləri təqdim edir: