Avropa Parlamenti açıqladı: noyabrın 1dək...


Dünya 24 İyn 2022 08:51:00 142 0

Avropa Parlamenti açıqladı: noyabrın 1dək...

Avropa Parlamenti Avrop İttifaqının (Aİ) qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqlədi. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizdə bildirilib.

"Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq", - deyə qeyd olunub.

Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacını vurğulanıb.