"Mariupol epidemioloji fəlakətin astanasındadır"


Dünya 24 İyn 2022 08:28:00 204 0

"Mariupol epidemioloji fəlakətin astanasındadır"

Ukraynanın Mariupol şəhərində 22 min insan müharibənin qurbanı olub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Vadim Boyçenko məlumat verib.

O, dağıntıların həcmini nəzərə alaraq real rəqəmin daha yüksək ola biləcəyini diqqətə çatdırıb. Boyçenko Mariupolun infrastrukturunun 90%-nin məhv olduğunu vurğulayıb. O, hazırda şəhərdə 100 mindən çox sakinin susuz və işıqsız qaldığını bildirib.

Merin sözlərinə görə, Mariupol epidemioloji fəlakət astanasındadır.